Anım Günü İmişlidə şəhid məzarları ziyarət olunub


İmişli rayonunda 27 sentyabr - Anım Günü ilə əlaqədar məktəblilər rayonun Şəhidlər xiyabanında olublar.

ATİAHİ İmişli rayon komitəsi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə şəhid məzarları ziyarət olunub, üzərilərinə tər çiçəklər düzülüb, əziz xatirələri ehtiramla yad edilib.

Həmçinin şagirdlər şəhid məzarları önündə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo