İmişlidə məktəblilər arasında voleybol yarışı təşkil olunub

İmişlidə məktəblilər arasında voleybol yarışı təşkil olunub

İmişli rayonunun ümumtəhsil məktəblərinin oğlanlardan ibarət voleybol komandaları arasında yarış keçirilib.İdman tədbiri ATİAHİ İmişli rayon komitəsi tərəfindən 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təşkil olunub. Gərgin mübarizə şəraitində keçən yarışlar maraqlı anları ilə də diqqəti çəkib.Nəticələrə əsasən, I, II və III yerin qalibləri rayon komitəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.IMG-20240305-WA0001.jpg 130.16 KBIMG-20240305-WA0003.jpg 122.2 KBIMG-20240305-WA0002.jpg 123.37 KBIMG-20240305-WA0018.jpg 168.86 KBIMG-20240305-WA0019.jpg 128.45 KBIMG-20240305-WA0021.jpg 134.59 KBIMG-20240305-WA0020.jpg 101.19 KB

27.03.2024

İmişlidə rayon komitəsi sədrinin hesabatı dinlənilib

İmişlidə rayon komitəsi sədrinin hesabatı dinlənilib

ATİAHİ İmişli rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib.Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ardınca rayon komitəsinin sədri Əlimirzə Şirinov və təftiş komissiyasının sədri Sərraf Ağayev ötən dövr ərzində görülmüş işlər, həyata keçirilmiş layihələr, o cümlədən ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması, istirahətlərinin təşkili istiqamətdə görülmüş işlər barədə məlumat veriblər. Hər iki hesabat ittifaq üzvləri tərəfindən qənaətbəxş hesab olunub. Yığıncaqda səsvermə yolu ilə rayon komitəsinin tərkibi formalaşıb, rəyasət heyətinin və təftiş komissiyasının üzvləri seçilib. Tədbirdə həmçinin ittifaq üzvləri tərəfindən Əlimirzə Şirinov yenidən rayon komitəsinə sədr seçilib.IMG-20240307-WA0019.jpg 321.32 KBIMG-20240307-WA0018.jpg 404.9 KBIMG-20240307-WA0011.jpg 195.8 KBIMG-20240307-WA0001 (1).jpg 313 KBIMG-20240307-WA0004.jpg 379.56 KB

27.03.2024

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB

15.01.2024

İmişlidə məktəbli qızlardan ibarət komandalar arasında voleybol yarışı keçirilib

İmişlidə məktəbli qızlardan ibarət komandalar arasında voleybol yarışı keçirilib

İmişli rayonunda ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol komandaları arasında yarış keçirilib. ATİAHİ İmişli rayon komitəsi tərəfindən təşkil olunan yarış 8 Noyabr – Zəfər Gününə həsr edilib.Oyunlar gərgin mübarizə şəraitində keçib və maraqla izlənilib.Birinci, ikinci və üçüncü yeri qazanan komandaların üzvlərinə rayon komitəsi tərəfindən fəxri fərman və hədiyyələr verilib.IMG-20231117-WA0019.jpg 93.57 KBIMG-20231117-WA0018.jpg 103.14 KBIMG-20231117-WA0021.jpg 85.73 KB

23.11.2023

ATİAHİ İmişli rayon komitəsində Birinci Qarabağ və parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

ATİAHİ İmişli rayon komitəsində Birinci Qarabağ və parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

ATİAHİ İmişli rayon komitəsində Birinci Qarabağ və parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib. Rayon komitəsinin sədri Ə.Şirinov tədbirdə çıxış edərək bildirib ki, biz 200 illik münaqişədən, 30 illik müharibədən qalib çıxdıq. Ermənistan işğalına son qoyuldu, şəhidlərimizin qisası döyüş meydanında layiqincə alındı. Zəfər qazanmağımızda böyük pay sahibi həm də şəhidlərimizin, qazilərimizin, veteranlarımızın valideynləri, ailə üzvləridir. Təbii ki, müharibə itkisiz ötüşmür, cəsur oğullarımızı itirdik. Amma buna baxmayaraq, şəhid anaları, ataları, onların həyat yoldaşları, övladları başını dik tutdu, əsl vətənpərvərlik ruhu nümayiş etdirdilər, Vətəni bütün dəyərlərdən ali hesab etdilər.Görüşdə həmçinin rayon Təhsil sektorunun müdiri K.Kərimov və baş məsləhətçi V.Tağıyevin çıxışları dinlənilib. Sonda 65 nəfər iştirakçıya fəxri fərman verilib və onlara maddi-mənəvi dəstək göstərilib. Qeyd edək ki, tədbirin ardından rayon ərazisindəki Şəhidlər xiyabanı ziyarət olunub, məzarlar üzərinə güllər düzülüb.IMG-20231116-WA0015.jpg 135.78 KBIMG-20231116-WA0014.jpg 187.28 KBIMG-20231116-WA0069.jpg 538.72 KB

23.11.2023

İmişli rayonunda Zəfər Gününə həsr edilmiş voleybol yarışları keçirilmişdir

İmişli rayonunda Zəfər Gününə həsr edilmiş voleybol yarışları keçirilmişdir

ATİAHİ İmişli Rayon Komitəsinin dəstəyi ilə İmişli rayon ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol komandalarının arasında Zəfər gününə həsr edilmiş voleybol yarışları keçirilmişdir. Yarışda I , II və III yerin qalibləri müəyyənləşdirilmiş və hər bir komanda  Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.  IMG-20231117-WA0022.jpg 80.66 KBIMG-20231117-WA0021.jpg 85.73 KBIMG-20231117-WA0020.jpg 89.22 KBIMG-20231117-WA0019.jpg 93.57 KBIMG-20231117-WA0018.jpg 103.14 KBIMG-20231117-WA0017.jpg 105 KB

17.11.2023

ATİAHİ İmişli Rayon Komitəsində I və II Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüş keçirilmişdir

ATİAHİ İmişli Rayon Komitəsində I və II Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüş keçirilmişdir

7 noyabr 2023-cü il tarixdə ATİAHİ İmişli Rayon Komitəsində I və II Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüş keçirilmişdir. Görüşdə ATİAHİ İmişli Rayon Komitəsinin sədri Ə.Şirinov geniş nitq söyləmişdir. Tədbirdə İmişli rayon təhsil sektorunun müdiri K.Kərimov və baş məsləhətçi V.Tağıyev iştirak etmişdir. Sonda 65 nəfərlik iştirakçı Fəxri Fərman və 100 manat pul mükafatı ilə mükafatlandırılmışdır. Tədbirin sonunda Şəhidlər xiyabanı ziyarət edilmiş və onların xatirəsinə əkilil qoyulmuşdur.IMG-20231116-WA0028.jpg 610.59 KBIMG-20231116-WA0029.jpg 555.75 KBIMG-20231116-WA0014.jpg 187.28 KBIMG-20231116-WA0020.jpg 206.44 KBIMG-20231116-WA0015.jpg 135.78 KBIMG-20231116-WA0019.jpg 190.02 KBIMG-20231116-WA0074.jpg 243 KB

17.11.2023

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən yararlanıb.1-7.jpg 99.43 KB2-5 (1).jpg 151.12 KB7-2.jpg 157.91 KB6-4.jpg 159.07 KB5-5 (1).jpg 150.4 KB4-7.jpg 143.44 KB3-5 (1).jpg 153.55 KB

17.11.2023

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, is­tər əha­tə dai­rə­si­nə, is­tər­sə­ də bu sa­hə­də ça­lı­şan insanların  sa­yı­na gö­rə təhsil Azər­bay­can­da ən bö­yük so­si­al ins­ti­tut­lar­dan bi­ri­ni təş­kil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.  

25.10.2023

İmişlidə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərlə görüş olub

İmişlidə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərlə görüş olub

 ATİAHİ İmişli rayon komitəsinin dəstəyi ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbəri Rəşad Musayev, Beyləqan, İmişli və Saatlı təhsil sektorlarının müdirləri, rayon məktəblərinin rəhbərləri və müəllimlər iştirak ediblər. Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Təhsil İdarəsinin əməkdaşı Mahir Zahidov, İmişli Təhsil sektorunun müdiri Kərim Kərimov, İmişli şəhər 1 №-li məktəbin müəllimi Ziyafət Musayev, 4 №-li məktəbin direktoru Nərminə Quliyeva, Beyləqan və Saatlı təhsil sektorlarının müdirləri çıxışlar edərək şagirdlərin dərin və hər tərəfli bilik qazanmasında, onların vətənpərvərlik ruhunda yetişməsində, dövlətimizə sədaqət nümayiş etdirməsində müəllimlərin rolundan danışıb, təbriklərini çatdırıblar. Bildirilib ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Məhz bu insanların sayəsində dövlət və xalq inkişaf edir.Tədbirdə digər çıxışlar da dinlənilib. Sonda rayon komitəsi tərəfindən müəllimlərə fəxri fərman və hədiyyələr verilib.WhatsApp Image 2023-10-06 at 08.44.36 (12).jpeg 132.76 KBWhatsApp Image 2023-10-06 at 08.44.36 (11).jpeg 107.13 KBWhatsApp Image 2023-10-06 at 08.44.36 (10).jpeg 121.21 KBWhatsApp Image 2023-10-06 at 08.44.36 (9).jpeg 112.96 KBWhatsApp Image 2023-10-06 at 08.44.36 (8).jpeg 121.76 KBWhatsApp Image 2023-10-06 at 08.44.36 (7).jpeg 115.02 KBWhatsApp Image 2023-10-06 at 08.44.36 (6).jpeg 138.31 KBWhatsApp Image 2023-10-06 at 08.44.36 (5).jpeg 133.32 KBWhatsApp Image 2023-10-06 at 08.44.36 (4).jpeg 77.01 KBWhatsApp Image 2023-10-06 at 08.44.36 (3).jpeg 145.31 KBWhatsApp Image 2023-10-06 at 08.44.36 (2).jpeg 69.49 KBWhatsApp Image 2023-10-06 at 08.44.36 (1).jpeg 73.82 KBWhatsApp Image 2023-10-06 at 08.44.36.jpeg 79.05 KBWhatsApp Image 2023-10-06 at 08.44.35.jpeg 76.64 KBWhatsApp Image 2023-10-05 at 17.57.46.jpeg 85.01 KBWhatsApp Image 2023-10-05 at 17.57.45.jpeg 97.33 KBWhatsApp Image 2023-10-05 at 17.57.43.jpeg 80.83 KB

06.10.2023

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB

27.09.2023

Anım Günü İmişlidə şəhid məzarları ziyarət olunub

Anım Günü İmişlidə şəhid məzarları ziyarət olunub

İmişli rayonunda 27 sentyabr - Anım Günü ilə əlaqədar məktəblilər rayonun Şəhidlər xiyabanında olublar.ATİAHİ İmişli rayon komitəsi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə şəhid məzarları ziyarət olunub, üzərilərinə tər çiçəklər düzülüb, əziz xatirələri ehtiramla yad edilib.Həmçinin şagirdlər şəhid məzarları önündə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. IMG-20230926-WA0000.jpg 93.18 KBIMG-20230926-WA0002.jpg 100.58 KB

26.09.2023

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon komitələri ilə 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.Müqaviləyə Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və komitə sədrləri imza atıblar. Mərasimdə çıxış edən Bəhruz Mehdiyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib, işlərində uğurlar arzulayıb.Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.

26.09.2023

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.İştirakçıları salamlayan AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: “Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti Sizin üçün qurdu, bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı. Heydər Əliyev sovet Azərbaycanın rəhbərliyinə gələrkən ölkəmiz ittifaq səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı, respublikamız iri sənaye ölkəsinə çevrildi”.“Gənclərimiz də hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Biz həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad iradəsini bir daha göstərdi”, – Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, müdrik xalqımız Heydər Əliyevin qurucu, yaradıcı, təşəbbüskar ruhuna, Vətəninə olan sonsuz məhəbbətinə, qətiyyətli, qorxmaz iradəsinə ötən əsrin 70-ci illərindən yaxşı bələd idi: “Məhz bu səbəbdən idi ki, 90-cı illərin əvvəllərində düşdüyü ağır böhrandan çıxmaq üçün xalqımız Heydər Əliyevi hakimiyyətə gətirdi. Nəticə isə bu gün ortadadır. Bütün sahələrdə dinamik inkişaf edən, regionun lideri, dünyada böyük söz sahibi olan qalib Azərbaycan. Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin Gənclər Siyasəti sağlam ruhlu, sağlam düşüncəli, Vətəninə və dövlətinə sadiq, mənəviyyatca zəngin gənclərin yetişməsinə mühüm zəmin yaradıb”.AHİK sədri vurğulayıb ki, 2003-cü ildən başlayaraq dövlətimizin başçısı cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclərin istedadının üzə çıxarılması istiqamətində fəal iş aparır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır”.10.jpg 71.67 KB9.jpg 51.6 KB8.jpg 75.94 KB7.jpg 67.62 KB6.jpg 51.11 KB5-2.jpg 68.04 KB4-1.jpg 60.04 KB3-2.jpg 98.65 KB2-2.jpg 136.83 KB1-5.jpg 86.31 KB

08.09.2023

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

İyunun 6-dan 11-dək Qazaxıstanın Astana şəhərində Təhsil İşçilərininBeynəlxalq Konfransı keçirilib.Konfransda Azərbaycan, Belarus, Rusiya, Qırğızıstan və Tacikistanın təhsil işçiləri iştirak ediblər. Müasir dövrdə təhsilin vəziyyəti, bu sahədə tətbiq olunan yeniliklər, movcud təhsil sistemlərinin yeni çağırışlara uyğunluğu və digər məsələlər tədbirdə müzakirə mövzusu olub.Ölkəmizi konfransda ATİAHİ Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva təmsil edib. Hər iki iştirakçı tədbirdə çıxış edib, ölkəmizin təhsil sistemindən, bu sahəyə olan dövlətin diqqət və qayğısından, azərbaycanlı gənclərin uğurlu göstəricilərindən danışıblar. Onlar həmçinin aparılan müzakirələrdə fikirlərini bölüşüblər.IMG-20230611-WA0028.jpg 147.97 KBIMG-20230611-WA0026.jpg 133.63 KBIMG-20230611-WA0025.jpg 85.66 KB

21.06.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo