İmişlidə 2023-cü ilin ən yaxşı müəssisəsi mükafatlandırılıb
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilmiş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qalibləri arasında İmişli şəhər 3 №-li tam orta məktəb də yer alıb. Bununla əlaqədar olaraq ATİAHİ RK tərəfindən təhsil ocağı Fəxri fərmanla təltif olunub. Mükafat ATİAHİ İmişli rayon komitəsi tərəfindən məktəbin rəhbərliyinə təqdim olunub. Mükafatlandırma mərasimində bildirilib ki, 2009-cu ildən başlayaraq keçirilən bu müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq, bu sahəyə məsul olan şəxslərin məsuliyyətini artırmaq və işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha həssas yanaşmalarına nail olmaqdır. Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün AHİK-in müsabiqə komissiyasına 2560-dan artıq müəssisə, təşkilat, sex və sahədən 291-inin sənədi daxil olub. Onlardan 67-si qalib elan olunub.Sonda məktəbin rəhbərliyi onların əməyinə verilən yüksək qiymətə görə, həm AHİK-ə, həm də ATİAHİ-yə təşəkkür edib. WhatsApp Image 2024-06-07 at 17.09.49.jpeg 32.12 KB
14.06.2024
İmişlidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilər arasında müsabiqə keçirilib
Bu gün dünyanın üzləşdiyi ən böyük təhlükələrdən biri artıq qlobal xarakter daşıyan iqlim dəyişikliyidir. Məlumdur ki, Azərbaycan etibarlı və məsuliyyətli dövlət olaraq iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə ön sıralarda gəlir. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Və bu çərçivədə Azərbaycanda müxtəlif səviyyələrdə müvafiq işlər aparılır. Azərbaycan həmkarlar ittifaqları da “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar silsilə tədbirlər təşkil edir, bir sıra layihələr həyata keçirir.Belə tədbirlərdən biri də ATİAHİ İmişli rayon komitəsi tərəfindən məktəblilər arasında keçirilib. Məktəblilər müxtəlif nominasiyalar üzrə təşkil olunan müsabiqəyə qatılaraq öz əl işlərini və rəsm əsərlərini təqdim ediblər.Qaliblərin mükafatlandırılması mərasində çıxış edənlər bildiriblər ki, Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.Vurğulanıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.Çıxışlardan sonra müsabiqə qaliblərinə ATİAHİ İmişli rayon komitəsi tərəfindən hədiyyələr və diplom verilib.WhatsApp Image 2024-05-24 at 20.25.33 (1).jpeg 188.62 KBWhatsApp Image 2024-05-24 at 20.25.34 (1).jpeg 171.17 KBWhatsApp Image 2024-05-24 at 20.25.35 (1).jpeg 224.38 KBWhatsApp Image 2024-05-24 at 20.25.35 (3).jpeg 231.13 KBWhatsApp Image 2024-05-24 at 20.25.36 (3).jpeg 219.02 KBWhatsApp Image 2024-05-24 at 20.25.35.jpeg 301.74 KBWhatsApp Image 2024-05-24 at 20.25.36 (2).jpeg 203.96 KBWhatsApp Image 2024-05-24 at 20.25.36 (1).jpeg 424.97 KBWhatsApp Image 2024-05-24 at 20.25.36.jpeg 219.02 KBWhatsApp Image 2024-05-24 at 20.25.37 (1).jpeg 324.75 KBWhatsApp Image 2024-05-24 at 20.25.37 (2).jpeg 334.92 KB
14.06.2024
ATİAHİ Respublika Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib
Mayın 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) XVIII hesabat-seçki konfransı keçirilib.Konfransdan öncə ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və konfransın nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.Şəhidlər xiyabanı da konfrans iştirakçıları tərəfindən ziyarət edilib, şəhid məzarlarına gül dəstələri düzülüb.Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binasında ATİAHİ RK-nın konfransı başlayıb.ATİAHİ RK-nın və AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və konfransı açıq elan edib.Ardınca Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və dünyadan köçən ittifaq üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Reqlamentə uyğun olaraq, konfransın Rəyasət heyəti, Redaksiya, Mandat və Hesablayıcı komissiyaların tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.Gündəliyə ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı, Təftiş komissiyasının hesabatı, Məclisin yeni tərkibinin seçilməsi, Təftiş komissiyasının yeni tərkibinin seçilməsi, Azərbaycan Prezidentinə Müraciətin qəbul edilməsi və təşkilati məsələ (Məclis üzvləri, ATİAHİ RK sədri və sədrin müavinlərinin seçilməsi) barədə məsələlər daxil edilib.ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı bağlı ATİAHİ RK-nın sədri Səttar Möhbalıyev çıxışı dinlənilib. O, əvvəlcə Azərbaycan həmkarlar ittifaqının güclü təşkilata çevrilməsində Ulu Öndər Heydər Əliyevin rolundan və göstərdiyi dövlət dəstəyindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf göstəricilərindən, misilsiz qələbələrlə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından, Böyük Qayıdış proqramından, eləcə də son illərdə təhsil sahəsində qazanılmış nailiyyətlərdən danışıb.ATİAHİ RK-nın fəaliyyəti ilə bağlı sədr bildirib ki, qurum öz funksiya və vəzifələrini layiqincə yerinə yetirmək üçün səylə çalışır: ”Hesabat dövründə Məclisin 9, Rəyasət heyətinin 53 iclası keçirilib. Müzakirəyə çıxarılmış məsələlər əsasən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, təhlükəsiz iş şəraiti, istirahəti və müalicəsi ilə bağlı olub. İttifaqı üzvlərinin sayında əhəmiyyətli artım müşahidə edilib. Həmkarlar ittifaqları strukturu, üzvlük və qeydiyyat məsələləri təkmilləşdirilib. Ötən dövrdə şəhər, rayon və rayon hüquqlu təşkilatlara ittifaq üzvlərindən 440 932 müraciət daxil olub, bütün müraciətlər diqqətlə araşdırılıb, onlara lazımi köməklik göstərilib. Bu müraciətlərdən 6143-ü əmək hüquqlarının müdafiəsi, 5716-sı həmkarlar ittifaqı orqanlarının işi, 83617-si sosial-iqtisadi məsələlər, 345456-sı isə maddi yardımların verilməsi ilə bağlı olub. Daxil olmuş müraciətlərin 419625-i müsbət həll edilib. Bu dövrdə bütövlükdə AHİK-in və həmkarlar ittifaqı büdcəsi hesabına 31 min 942 ədəd yollayış alınıb və 55 min 126 nəfər ittifaq üzvü və onların ailə üzvlərinin istirahəti və müalicəsi təmin edilib”.Səttar Möhbalıyev Respublika Komitəsi tərəfindən hesabat dövründə yeni Kollektiv Saziş layihəsinin hazırlandığını, Elm və Təhsil Nazirliyinin müvafiq komissiyası ilə birlikdə müzakirə aparıldığını və 2017-2019, 2019-2021, 2021-2023 və 2023-2025-ci illər üzrə kollektiv sazişlərin imzalandığını deyib: “ATİAHİ RK-nın xidmətinə aid olan üzv təşkilatlar da kollektiv müqavilələr bağlayıb. Son yeddi ildə yüzlərlə ittifaq üzvü öz əvvəlki işinə bərpa edilib. COVID 19 pandemiyası ilə əlaqədar Respublika Komitəsi və üzv təşkilatlar tərəfindən karonavirusa yoluxmuş 64 139 ittifaq üzvünə maddi yardım göstərilib, 45 443 ailəyə isə ərzaq yardımı verilib. Bundan başqa, xeyli sayda qoruyucu vasitələr alınaraq həmkarlar ittifaqı üzvlərinə paylanılıb. Parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsində 760 nəfər təhsil işçisi döyüşlərə qatıldı. Onlardan 21 nəfəri şəhid oldu. ATİAHİ RK-nın maliyyə vəsaiti və tərtibatı ilə “Qəhrəman təhsil işçiləri” adlı kitab çap olunaraq şəhid ittifaq üzvlərimizin xatirəsi əbədiləşdirildi. Üzv təşkilatlar tərəfindən 15800 nəfərdən artıq müharibə iştirakçısı olan ittifaq üzvlərinə və şəhid ailələrinə maddi yardım və ərzaq bağlamaları verilib. Bununla yanaşı, şəhid ailələrinə, qazi və veteranlara 987 ədəd 1634 nəfərlik sanatoriya və istirahət yerlərinə yollayış verilib. Həmçinin Respublika Komitəsi 32 şəhid ailəsini himayəyə götürüb”.Çıxışın ardından hesabat ətrafında müzakirələr aparılıb, qurumun fəaliyyəti qənaətbəxş hesab olunaraq səsçoxluğu ilə təsdiqlənib. Eləcə də Təftiş komissiyasının hesabat məruzəsi dinlənilib və səsə qoyulub.Konfransda həmçinin Məclisin və Təftiş komissiyasının yeni tərkibi seçilib.Gündəlikdəki ATİAHİ RK sədrinin və müavinlərin seçilməsi məsələsinə də baxılıb. Bildirilib ki, üzv təşkilatlarda keçirilən yığıncaq və konfranslarda Səttar Suliddin oğlu Möhbalıyevin sədr vəzifəsinə namizədliyi irəli sürülüb və bugünkü konfransın müzakirəsinə verilməsi barədə qərarlar qəbul olunub. Bu qərar konfrans iştirakçıları tərəfindən də dəstəklənib və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, AHİK sədri, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən ATİAHİ RK-nın sədri seçilib.Səttar Möhbalıyev ona etimad göstərən konfrans iştirakçılarına təşəkkür edib, bundan sonra da rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində daha səylə çalışacağını vurğulayıb.Eyni zamanda Hümbət Nağıyev sədrin birinci müavini, Mirzə Cəfərzadə isə müavin seçilib.Sonda konfrans iştrirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.2-6.jpg 232.84 KB1-7.jpg 142.98 KB4-7 (1).jpg 177.92 KB3-7.jpg 256.99 KB5-3.jpg 209.68 KB6-3.jpg 179.51 KB11-1.jpg 82.23 KB9-2.jpg 65 KB7-3 (1).jpg 82.13 KBE21A8969.JPG 1.97 MBE21A8981.JPG 2.34 MBE21A8988.JPG 2.36 MBE21A8990.JPG 2.21 MBE21A8991.JPG 2.1 MBE21A8993.JPG 2.31 MB8-5.jpg 205.41 KBE21A9022.JPG 4.54 MB
31.05.2024
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.Müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutub.Mayın 15-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri, YAP-ın sədr müavini Tahir Budaqov, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələri əsasında 7 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib.
17.05.2024
ATİAHİ RK Rəyasət heyətinin iclası keçirilib
Aprelin 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə Rəyasət heyəti üzvlərini tanış edib.“ATİAHİ RK-nın 2023-cü ilə dair ümumi illik statistik hesabatı barədə”, “İlk həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki yığıncaqlarının yekunları və irəli sürülən təkliflər barədə”, “2023-cü ildə ATİAHİ RK-da və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ-nin üzv təşkilatlarında AHİK-in 25.11.2009-cu il 6b 32 saylı tarixli qərarı ilə keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” müsabiqəsinin yekunları barədə”, “2023-cü ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə”, “2023-cü ildə həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətinin təşkili ilə bağlı görülmüş işlər barədə” məsələlər öz əksini tapıb.İclasda gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.Sonda RK-nın sədri Səttar Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə bir sıra tapşırıq və tövsiyələrini çatdırıb.3 (3).jpg 250.46 KB2 (4).jpg 80.32 KB7 (2).jpg 104.11 KB
01.04.2024
İmişlidə məktəblilər arasında voleybol yarışı təşkil olunub
İmişli rayonunun ümumtəhsil məktəblərinin oğlanlardan ibarət voleybol komandaları arasında yarış keçirilib.İdman tədbiri ATİAHİ İmişli rayon komitəsi tərəfindən 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təşkil olunub. Gərgin mübarizə şəraitində keçən yarışlar maraqlı anları ilə də diqqəti çəkib.Nəticələrə əsasən, I, II və III yerin qalibləri rayon komitəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.IMG-20240305-WA0001.jpg 130.16 KBIMG-20240305-WA0003.jpg 122.2 KBIMG-20240305-WA0002.jpg 123.37 KBIMG-20240305-WA0018.jpg 168.86 KBIMG-20240305-WA0019.jpg 128.45 KBIMG-20240305-WA0021.jpg 134.59 KBIMG-20240305-WA0020.jpg 101.19 KB
27.03.2024
İmişlidə rayon komitəsi sədrinin hesabatı dinlənilib
ATİAHİ İmişli rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib.Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ardınca rayon komitəsinin sədri Əlimirzə Şirinov və təftiş komissiyasının sədri Sərraf Ağayev ötən dövr ərzində görülmüş işlər, həyata keçirilmiş layihələr, o cümlədən ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması, istirahətlərinin təşkili istiqamətdə görülmüş işlər barədə məlumat veriblər. Hər iki hesabat ittifaq üzvləri tərəfindən qənaətbəxş hesab olunub. Yığıncaqda səsvermə yolu ilə rayon komitəsinin tərkibi formalaşıb, rəyasət heyətinin və təftiş komissiyasının üzvləri seçilib. Tədbirdə həmçinin ittifaq üzvləri tərəfindən Əlimirzə Şirinov yenidən rayon komitəsinə sədr seçilib.IMG-20240307-WA0019.jpg 321.32 KBIMG-20240307-WA0018.jpg 404.9 KBIMG-20240307-WA0011.jpg 195.8 KBIMG-20240307-WA0001 (1).jpg 313 KBIMG-20240307-WA0004.jpg 379.56 KB
27.03.2024
ATİAHİ tərəfindən ali məktəb tələbələrinə adlı təqaüdlər verilib, intellektual oyunun qalibləri mükafatlandırılıb
2023/2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün verilməsi və “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibi olmuş tələbələrin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə ali məktəblərin tələbə həmkarlar ittifaqlarının sədrləri və tələbələr iştirak ediblər.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxışında bildirib ki, ATİAHİ RK-nın adlı təqaüdü 1995-ci ildə təsis edilib: “İndiyə kimi, 2914 tələbə bu təqaüddən yararlanıb. Bu gün isə daha 65 tələbəyə bu təqaüd təqdim ediləcək. Təqaüdün verilməsində məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir. Respublika Komitəsinin fəaliyyətinin əsas istiqamətini gənclər təşkil edir. Hər il onların sosial vəziyyətinin yaxşılaşdırılması, tələbələr arasında idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların elmə, təhsilə marağının artırılması, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bizim bu işləri görməkdə məqsədimiz gənclərin asudə vaxtını səmərəli keçirmək, zərərli vərdişlərdən uzaqlaşdırmaq, dövlətimizin gənclər siyasətinə dəstək olmaqdır”.Onun sözlərinə görə, Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir: “Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir. Son 20 ildə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. İnanırıq ki, Azərbaycanın gənclər siyasəti bundan sonra da uğurla davam etdiriləcək, gənclərimiz Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verəcəklər”.Sonda 65 tələbəyə ATİAHİ RK-nın adlı təqaüdü, intellektual oyunun 18 qalibinə isə diplom və pul mükafatı verilib.E21A7596.jpg 152.91 KBE21A7587.jpg 155.13 KBE21A7567.jpg 151.45 KBE21A7548.jpg 197.19 KBE21A7545.jpg 167.95 KB
15.03.2024
“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB
15.01.2024
İmişlidə məktəbli qızlardan ibarət komandalar arasında voleybol yarışı keçirilib
İmişli rayonunda ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol komandaları arasında yarış keçirilib. ATİAHİ İmişli rayon komitəsi tərəfindən təşkil olunan yarış 8 Noyabr – Zəfər Gününə həsr edilib.Oyunlar gərgin mübarizə şəraitində keçib və maraqla izlənilib.Birinci, ikinci və üçüncü yeri qazanan komandaların üzvlərinə rayon komitəsi tərəfindən fəxri fərman və hədiyyələr verilib.IMG-20231117-WA0019.jpg 93.57 KBIMG-20231117-WA0018.jpg 103.14 KBIMG-20231117-WA0021.jpg 85.73 KB
23.11.2023
ATİAHİ İmişli rayon komitəsində Birinci Qarabağ və parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib
ATİAHİ İmişli rayon komitəsində Birinci Qarabağ və parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib. Rayon komitəsinin sədri Ə.Şirinov tədbirdə çıxış edərək bildirib ki, biz 200 illik münaqişədən, 30 illik müharibədən qalib çıxdıq. Ermənistan işğalına son qoyuldu, şəhidlərimizin qisası döyüş meydanında layiqincə alındı. Zəfər qazanmağımızda böyük pay sahibi həm də şəhidlərimizin, qazilərimizin, veteranlarımızın valideynləri, ailə üzvləridir. Təbii ki, müharibə itkisiz ötüşmür, cəsur oğullarımızı itirdik. Amma buna baxmayaraq, şəhid anaları, ataları, onların həyat yoldaşları, övladları başını dik tutdu, əsl vətənpərvərlik ruhu nümayiş etdirdilər, Vətəni bütün dəyərlərdən ali hesab etdilər.Görüşdə həmçinin rayon Təhsil sektorunun müdiri K.Kərimov və baş məsləhətçi V.Tağıyevin çıxışları dinlənilib. Sonda 65 nəfər iştirakçıya fəxri fərman verilib və onlara maddi-mənəvi dəstək göstərilib. Qeyd edək ki, tədbirin ardından rayon ərazisindəki Şəhidlər xiyabanı ziyarət olunub, məzarlar üzərinə güllər düzülüb.IMG-20231116-WA0015.jpg 135.78 KBIMG-20231116-WA0014.jpg 187.28 KBIMG-20231116-WA0069.jpg 538.72 KB
23.11.2023
İmişli rayonunda Zəfər Gününə həsr edilmiş voleybol yarışları keçirilmişdir
ATİAHİ İmişli Rayon Komitəsinin dəstəyi ilə İmişli rayon ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol komandalarının arasında Zəfər gününə həsr edilmiş voleybol yarışları keçirilmişdir. Yarışda I , II və III yerin qalibləri müəyyənləşdirilmiş və hər bir komanda Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. IMG-20231117-WA0022.jpg 80.66 KBIMG-20231117-WA0021.jpg 85.73 KBIMG-20231117-WA0020.jpg 89.22 KBIMG-20231117-WA0019.jpg 93.57 KBIMG-20231117-WA0018.jpg 103.14 KBIMG-20231117-WA0017.jpg 105 KB
17.11.2023
ATİAHİ İmişli Rayon Komitəsində I və II Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüş keçirilmişdir
7 noyabr 2023-cü il tarixdə ATİAHİ İmişli Rayon Komitəsində I və II Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüş keçirilmişdir. Görüşdə ATİAHİ İmişli Rayon Komitəsinin sədri Ə.Şirinov geniş nitq söyləmişdir. Tədbirdə İmişli rayon təhsil sektorunun müdiri K.Kərimov və baş məsləhətçi V.Tağıyev iştirak etmişdir. Sonda 65 nəfərlik iştirakçı Fəxri Fərman və 100 manat pul mükafatı ilə mükafatlandırılmışdır. Tədbirin sonunda Şəhidlər xiyabanı ziyarət edilmiş və onların xatirəsinə əkilil qoyulmuşdur.IMG-20231116-WA0028.jpg 610.59 KBIMG-20231116-WA0029.jpg 555.75 KBIMG-20231116-WA0014.jpg 187.28 KBIMG-20231116-WA0020.jpg 206.44 KBIMG-20231116-WA0015.jpg 135.78 KBIMG-20231116-WA0019.jpg 190.02 KBIMG-20231116-WA0074.jpg 243 KB
17.11.2023
2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib
Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən yararlanıb.1-7.jpg 99.43 KB2-5 (1).jpg 151.12 KB7-2.jpg 157.91 KB6-4.jpg 159.07 KB5-5 (1).jpg 150.4 KB4-7.jpg 143.44 KB3-5 (1).jpg 153.55 KB
17.11.2023
ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, istər əhatə dairəsinə, istərsə də bu sahədə çalışan insanların sayına görə təhsil Azərbaycanda ən böyük sosial institutlardan birini təşkil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.
25.10.2023
Bizimlə əlaqə