İmişlidə rayon komitəsi sədrinin hesabatı dinlənilib
ATİAHİ İmişli rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib.
Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca rayon komitəsinin sədri Əlimirzə Şirinov və təftiş komissiyasının sədri Sərraf Ağayev ötən dövr ərzində görülmüş işlər, həyata keçirilmiş layihələr, o cümlədən ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması, istirahətlərinin təşkili istiqamətdə görülmüş işlər barədə məlumat veriblər. Hər iki hesabat ittifaq üzvləri tərəfindən qənaətbəxş hesab olunub. Yığıncaqda səsvermə yolu ilə rayon komitəsinin tərkibi formalaşıb, rəyasət heyətinin və təftiş komissiyasının üzvləri seçilib. Tədbirdə həmçinin ittifaq üzvləri tərəfindən Əlimirzə Şirinov yenidən rayon komitəsinə sədr seçilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo