İmişlidə 2023-cü ilin ən yaxşı müəssisəsi mükafatlandırılıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilmiş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qalibləri arasında İmişli şəhər 3 №-li tam orta məktəb də yer alıb. Bununla əlaqədar olaraq ATİAHİ RK tərəfindən təhsil ocağı Fəxri fərmanla təltif olunub. Mükafat ATİAHİ İmişli rayon komitəsi tərəfindən məktəbin rəhbərliyinə təqdim olunub. Mükafatlandırma mərasimində bildirilib ki,  2009-cu ildən başlayaraq keçirilən bu müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq, bu sahəyə məsul olan şəxslərin məsuliyyətini artırmaq və işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha həssas yanaşmalarına nail olmaqdır. Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün AHİK-in müsabiqə komissiyasına 2560-dan artıq müəssisə, təşkilat,  sex və  sahədən 291-inin sənədi daxil olub. Onlardan 67-si qalib elan olunub.
Sonda məktəbin rəhbərliyi onların əməyinə verilən yüksək qiymətə görə, həm AHİK-ə, həm də ATİAHİ-yə təşəkkür edib.
WhatsApp Image 2024-06-07 at 17.09.49.jpeg 32.12 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo