İmişlidə məktəblilər arasında voleybol yarışı təşkil olunub

İmişli rayonunun ümumtəhsil məktəblərinin oğlanlardan ibarət voleybol komandaları arasında yarış keçirilib.
İdman tədbiri ATİAHİ İmişli rayon komitəsi tərəfindən 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təşkil olunub. Gərgin mübarizə şəraitində keçən yarışlar maraqlı anları ilə də diqqəti çəkib.
Nəticələrə əsasən, I, II və III yerin qalibləri rayon komitəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo