İmişlidə məktəbli qızlardan ibarət komandalar arasında voleybol yarışı keçirilib


İmişli rayonunda ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol komandaları arasında yarış keçirilib. ATİAHİ İmişli rayon komitəsi tərəfindən təşkil olunan yarış 8 Noyabr – Zəfər Gününə həsr edilib.

Oyunlar gərgin mübarizə şəraitində keçib və maraqla izlənilib.

Birinci, ikinci və üçüncü yeri qazanan komandaların üzvlərinə rayon komitəsi tərəfindən fəxri fərman və hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo