İmişli rayonunun Cəfərli kənd 1 №-li tam orta məktəbinin həyətində şəhidlərimizin xatirəsinə bulaq kompleksi tikilib.
ATİAHİ İmişli rayon komitəsinin dəstəyi ilə ərsəyə gələn bulağın Zəfər Günü ərəfəsində açılışı olub. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid valideynləri, kənd ictimaiyyəti, mətbuat nümayəndələri iştirak ediblər. Çıxış edənlər 44 günlük Vətən müharibəsindən, yenilməz Ordumuzun Zəfər yolundan, əsgər və zabitlərimizin yüksək döyüş ruhundan danışıblar.
Qeyd olunub ki, xalqımız heç zaman şəhidlərini unutmayacaq, xatirəsini daim əziz tutacaq, gələcək nəsillər də bu cür tədbirlərlə onları yad edəcək.
Tədbirdə çıxış edən şəhid ailələri onlara göstərilən diqqətdən minnətdarlıq ediblər.