Martın 4-də ATİAHİ İmişli rayon komitəsinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilb.
Tədbirdə rayonun təhsil müəssisələrinin qadın müəllimləri iştirak ediblər.
Qadınları təbrik edən təhsil şöbəsinin müdiri Ələmdar Quliyev onların cəmiyyətdə rolundan, ölkənin ictimai-siyası həyatındakı fəaliyyətindən söz açıb. Bildirib ki, hər zaman qadınlar cəmiyyətimizin aparıcı hissəsi olub və ölkəmizin inkişafına danılmaz töhfələr verirlər.
ATİAHİ İmişli rayon komitəsinin sədri Əlimirzə Şirinov gənc nəslin yetişməsində, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında qadınların əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, məhz onların övladları böyük rəşadətlə 30 il düşmən tapdağı altında olan torpaqlarımızı azad etdi. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi həm də Azərbaycan anasının dəyanətini dünyaya nümayiş etdirdi.
Sonra ATİAHİ İmişli rayon komitəsi tərəfindən həmkarlar ittifaqlarının fəal qadın üzvlərinə 100 manat məbləğində pul mükafatı verilib.