ATİAHİ İmişli rayon komitəsində II Qarabağ müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüş keçirilib. Tədbirdə rayon komitəsinin sədri Əlmirzə Şirinov danışaraq ümumilikdə təhsil işçilərinin II Qarabağ savaşında iştirakından danışıb. Qeyd edib ki, yüzlərlə təhsil işçisi könüllü olaraq bu müharibədə iştirak edib və 20 nəfər təhsil işçisi şəhidlik zirvəsinə ucalıb. O həmçinin ATİAHİ İmişli rayon komitəsinin istər müharibə dövründə, istərsədə müharibədən sonrakı müddət ərzində gördüyü işlər barədə məlumat verib. Sonra iştirakçılara fəxri fərmanlar təqdim edilib. II Qarabağ müharibəsinin iştirakçısı olmuş təhsil işçiləri göstərilən diqqət və qayğıya görə həmkarlar ittifaqı təşkilatına öz təşəkkürlərini bildiriblər.