Imişli məktəbliləri arasında futbol yarışı keçirilib
ATİAHİ İmişli rayon komitəsinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş futbol üzrə rayon birinciliyi keçirilib. İmişli rayon ümumtəhsil məktəblərinin 2009-2010-cu il təvəllüdlü şagirdləri arasında təşkil edilən birincilikdə 14 məktəbinin komandaları iştirak edib. Yarışın nəticələrinə görə İmişli şəhər 1 saylı məktəb-liseyin komandası 1-ci yer, Otuziki kənd tam orta məktəbinin komandası 2-ci yer, İmişli şəhər 5 saylı məktəb-liseyin komandası 3-ci yerin sahibi olub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo