İmişli rayonunun təhsil işçiləri arasında şahmat yarışı keçirilib
ATİAHİ İmişli rayon komitəsimin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rayon ümumtəhsil məktəblərində çalışan müəllimlər arasında  şahmat yarışının II turu keçirilmişdir.
14 nəfərin arasında gedən gərgin mübarizədə Cəfərli kənd 2 saylı tam orta məktəbin direktoru Mehman Qasımov I yerin, Xoşcobanlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Cəbrayıl Şirəliyev II yerin, Çaxırlı kənd tam orta məktəbin müəllimi Elsevər İsayev isə III yerin qalibi olmuşdur. Sonda qaliblər Diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo