ATİAHİ İmişli rayon komitəsinin dəstəyi ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbəri Rəşad Musayev, Beyləqan, İmişli və Saatlı təhsil sektorlarının müdirləri, rayon məktəblərinin rəhbərləri və müəllimlər iştirak ediblər. Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təhsil İdarəsinin əməkdaşı Mahir Zahidov, İmişli Təhsil sektorunun müdiri Kərim Kərimov, İmişli şəhər 1 №-li məktəbin müəllimi Ziyafət Musayev, 4 №-li məktəbin direktoru Nərminə Quliyeva, Beyləqan və Saatlı təhsil sektorlarının müdirləri çıxışlar edərək şagirdlərin dərin və hər tərəfli bilik qazanmasında, onların vətənpərvərlik ruhunda yetişməsində, dövlətimizə sədaqət nümayiş etdirməsində müəllimlərin rolundan danışıb, təbriklərini çatdırıblar. Bildirilib ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Məhz bu insanların sayəsində dövlət və xalq inkişaf edir.
Tədbirdə digər çıxışlar da dinlənilib. Sonda rayon komitəsi tərəfindən müəllimlərə fəxri fərman və hədiyyələr verilib.