İmişlidə məktəb direktorunun 60 illik yubileyi qeyd olunub

İmişli rayonunun Cəfərli kənd 1 № tam orta məktəbinin direktoru Səriyyə İbrahimovanın əmək fəaliyyətinin 40 illiyi və ad günü (60 illik yubileyi) qeyd olunub.
Bu münasibətlə ATİAHİ İmişli rayon komitəsi tərəfindən, o, Fəxri fərmanla təltif olunub.
Təltifolunma mərasimində Səriyyə xanımın pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında əvəzsiz xidmətlərindən, yeni nəslin tərbiyə olunmasında, elmi biliklərə yiyələnməsində rolundan danışılıb.
Sonda yubiliyar göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür edib. 
IMG-20220330-WA0052.jpg 119.89 KB

Bizimlə əlaqə

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo