İmişlidə şəhid övladları ilə görüşlər keçirilib

 
İmişli rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladları ilə görüşlər təşkil olunub.
ATİAHİ İmişli rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirlərdə ölkəmizdə uşaqlara olan ali münasibətdən, onların yüksək səviyyədə təhsil almaları, vətənpərvərlik ruhunda tərbiyə olunmaları istiqamətində dövlət dəstəyindən danışılıb. Bildirilib ki, Azərbaycanda uşaq hüquqları hərtərəfli şəkildə qorunur, ölkəmizdə onlar üçün hər cür şərait yaradılır.
Qeyd olunub ki, şəhid övladları da dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur.
Görüşlərdə komitə tərəfindən şəhid övladlarına hədiyyələr paylanılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo