İmişlidə şəhidlər xiyabanı ziyarət olunub

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İmişli rayonunda Şəhidlər xiyabanı ziyarət olunub.
ATİAHİ İmişli rayon komitəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə məktəb rəhbərləri, müəllimləri və rayon ziyalıları iştirak ediblər.
Şəhid məzarlarına gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad edilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo